"Real"ın futbolçusu Kilian Mbappe La Liqada 1 oyunluq cəzalandırılacaq.
Sportal.az xəbər verir ki, La Liqanın 31-ci turunun “Alaves” – “Real” matçının (0:1) 38-ci dəqiqəsində madridlilərin hücumçusu Kilian Mbappe top uğrunda mübarizə apararkən Antonio Blankoya qarşı kobud oynayıb.
Matçın baş hakimi Sezar Soto Qrado əvvəlcə forvard sarı vərəqə göstərsə də, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişərək Mbappeni meydandan qovub. Bir oyunluq cəzalandırılacaq Kilian La Liqada "Atletiko"ya qarşı görüşü buraxmalı olacaq.
saytlarin hazirlanmasi