"Arsenal"ın futbolçusu Qabriel Martinelli İngiltərə Premyer Liqasının 32-ci turunun "Brentford"la(1:1) görüşündə rəqib oyunçunun ona qarşı kobud oynamasına baxmayaraq, baş hakimin onu meydandan qovmamasına narazılığını bildirib.
Sportal.az xəbər verir ki, görüşün 28-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Kristian Norqaard braziliyalıya qarşı kobud sürüşmə fəndi edib. Baş hakim Simon Huper isə sarı vərəqə ilə kifayətlənib:
"Hadisənin təkrarını görməmişəm. Amma əminəm ki, həmin an rəqib çox kobud hərəkət etdi və ciddi zədə almağıma səbəb ola bilərdi. O, bunun qəsdən olmadığını iddia etdi və mən də ona inanmaq istəyirəm. Lakin o, ayağımı sındıra bilərdi. Fikrimcə, ona qırmızı vərəqə göstərilməliydi. Kobud və qəbuledilməz epizod idi".
Qeyd edək ki, "Arsenal" 61-ci dəqiqədə Tomas Parti ilə hesabı açsa da, 74-cü dəqiqədə Vissa "Brentford"un cavab qolunu vuraraq komandasına bir xal qazandırıb.
saytlarin hazirlanmasi