Premyer Liqada uğursuz mğövsüm keçirən "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim açıqlama verib.
Sportal.az xəbər verir ki, 32-ci turun "Nyukasl"la matçından (1:4) sonra danışan portuqaliyalı mütəxəssis tənqidlərə əhəmiyyət vermədiyini bildirib:
"Tənqidləri anlayıram, amma vecimə də deyil. Uduzmaqdan daha pis bir şey yoxdur. İnsanlar nə istəsələr, deyə bilərlər. Özümü müdafiə etmək istəmirəm. Turnir cədvəlindəki mövqeyimiz özü hər şeyi deyir. İnkişaf etməliyik. Turnir cədvəlindəki yerimiz performansımıza uyğundur".
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 32 turdan sonra 38 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi