"Bavariya" Portuqaliya millisinin üzvünü satacaq

20:15 - 14 Aprel 2025

"Bavariya"nın futbolçusu Joao Palinya mövsümün sonunda klubu tərk edə bilər.

Sportal.az xəbər verir ki, baş məşqçi Vensan Kompani portuqaliyalı yarımmüdafiəçinin performansından məmnun deyil. Bu barədə "Sky SPorts" nəşri məlumat yayıb.

"Bavariya" yayda Palinyanı satışa çıxaracaq. 29 yaşlı orta xətt oyunçusunun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı gözlənilir. Təcrübəli futbolçunun xidmətində maraqlı olan klublar var.

Qeyd edək ki, "Bavariya" Joao Palinyanı mövsümün əvvəlində "Fulhem"dən 51 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü Münhen təmsilçisinin heyətində 21 rəsmi oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti