"Mançester Siti"nin müdafiəçisi Natan Ake İspaniyaya yollanmağa hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik Akenin transferi üçün rəhbərlikdən xahiş edib.
Akenin özü də Kataloniya təmsilçisinə keçməyə müsbət yanaşır. Natan 2020-ci ildən “Mançester Siti”nin formasını geyinir.
Niderlandlının İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
