Ruben Neveş Avropanın top-klublarından birində çıxış etmək istəyir. Daha əvvəl bildirilirdi ki, yarımmüdafiəçi "Əl-Hilal"la müqaviləni uzatmaqdan imtina edir və 18 milyon funt-sterlinqdən də az məbləğə "Mançester Yunayted" və ya "Nyukasl"a keçə bilər.
Sportal.az xəbər verir ki, futbolçunun qışda "Real"a qoşulmaq istədiyi açıqlanıb. "Kral klubu"nun məşqçilər heyəti yarımmüdafiənin gücləndirilməsinə ehtiyac olduğunu düşünür, lakin rəhbərlik Neveşin oyun səviyyəsinə şübhə ilə yanaşır. Üstəlik, müqaviləsi yayda bitdiyi üçün “Real” yanvarda onun üçün pul ödəmək istəmir.
Qeyd edək ki, oyunçunun “Əl-Hilal”dan çox sərfəli təklifi var, amma o, “Real”da oynamaq istəyir.
saytlarin hazirlanmasi
