"İnter" qapıçı axtarışında - Emiliano Martineslə əlaqə saxladı

23:31 - 20 Yanvar 2026

"İnter" potensial yay transferi üçün "Aston Villa"nın qapıçısı Emiliano Martines ilə əlaqə saxlayıb.

Sportal.az xəbər verir ki, "neradzurri" Yan Zommerin əvəzinə qapıçı axtarır. Onun müqaviləsi bu yay başa çatır və 33 yaşlı argentinalının agentləri ilə mümkün razılaşmanın şərtlərini müzakirə edib.

Martinesin "İnter"ə keçməsi üçün maaşını azaltması lazım olacaq. "Aston Villa"da Emiliano illik 4,3 milyon funt-sterlinq alır.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada Martines 18 oyundan 5-də qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti