"Barselona"nın hücumçusu Rafinya zədəsindən tam sağalıb və matçlarda iştirak üçün tibbi icazə alıb. Bu barədə katalon klub rəsmi X hesabında məlumat verib.
Sportal.az xəbər verir ki, eyni zamanda, "Barselona" yaxın oyunlar üçün hücumçu Ferran Torresi itirib. O, La Liqanın 20-ci turunda "Real Sosedad"la (1:2) oyunda sağ ayağın yarım membran əzələsini zədələyib. Torres start heyətində olub və 62-ci dəqiqədə əvəzlənib. Klubun məlumatına görə, onun bərpası təxminən on gün davam edəcək.
Sabah "Barselona" Çempionlar Liqasının ümumi mərhələsində səfərdə "Slaviya" ilə qarşılaşacaq. Bu görüşdə Torresin yanında sarı kart həddini aşdığı üçün vinger Lamin Yamal da iştirak edə bilməyəcək.
