Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.
Sportal.az xəbər verir ki, Ağayev futbol üzrə Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda İsveçrənin "Yanq Boyz"u ilə Fransanın "Lion"u arasında keçiriləcək oyunun baş hakimi təyin olunub. Bu görüşdə ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmiralı, həmçinin dördüncü hakim Tural Qurbanov kömək edəcək.
Qeyd edək ki, "Yanq Boyz" – "Lion" matçı yanvarın 22-də Bern şəhərindəki "Vankdorf" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi
