"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik ötən turda kiçik zədə səbəbindən "Sanderlend" ilə oyunu buraxan yarımmüdafiəçi Kasemironun vəziyyəti barədə danışıb.
Sportal.az xəbər verir ki, Kasemiro bu həftə komanda ilə məşqlərə qayıdıb və "Nottingem"ə qarşı ev oyununda iştirak etməyə hazırdır. Braziliyalı yarımmüdafiəçi “Mançester Yunayted”də keçirdiyi dörd ildən sonra həmin oyunda azarkeşlərlə vidalaşa biləcək. Mövsümün sonunda futbolçu komandadan ayrılacaq.
“Bəli, Kasemiro oynaya biləcək. Deyə bilərəm ki, mən onu tanıdığım gündən etibarən möhtəşəm biri olub və komandaya çox şey verib.
Düşünürəm ki, vəziyyətin aydın olması ona köklənməyə və mövsümün sonunda hər şeyin bitəcəyini bilərək maksimumunu verməyə kömək edir.
Daha əvvəl də dediyim kimi, onun yanaşmasına görə haqqını vermək lazımdır. Onun da, hamımız kimi, eniş-yoxuşları olub, amma azarkeşlərlə əlaqəsini nəzərə alsaq, belə inamlı şəkildə başa vurması çox gözəldir”, – deyə Kerrik oyunöncəsi mətbuat konfransında bildirib.
saytlarin hazirlanmasi
