Futbol üzrə Azərbaycan I Liqasında XXVI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün çempion müəyyənləşib.
Lider "Şəfa" Binə qəsəbə stadionunda "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub edib. Elgiz Kərəmlinin rəhbərlik etdiyi kollektiv xallarını 57-yə yüksəldib. "Şəfa" mövsümün bitməsinə bir tur qalmış ən yaxın izləyicisi olan "Səbail"i 7 xal qabaqlayır. Bu isə çempionluq və Premyer Liqaya vəsiqə deməkdir.
I Liqa, XXVI tur
15 may
"Şəfa" - "Cəbrayıl" 1:0
Qol: E.Zamanov, 4
"Mingəçevir" - MOİK 3:1
Qollar: F.Bayramov, 17, A.Usman, 42, K.Kalunqa, 45+3 - C.Akuqre, 67
"Baku Sportinq" - "Zaqatala" 3:0
Qollar: C.Muxtarlı, 62, İ.Muradov, 68, X.Bəşirov, 77
"Səbail" - "Şahdağ Qusar" 0:0
saytlarin hazirlanmasi
