"Qalatasaray" ulduz futbolçunun menecerini İstanbula gətirdi

17:18 - 15 May 2026

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Bernardu Silva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" ulduz futbolçunun xidmətində maraqlıdır. Bu barədə "El Periodico" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" danışıq aparmaq üçün portuqaliyalı oyunçunun meneceri Jorje Mendeşi İstanbula dəvət edib. "Qalatasaray" 31 yaşlı hücumameyilli yarımmüdafiəçiyə 3 illik müqavilə üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Bernaru Silva cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 50 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti