"İnter" hücumçu Markus Türamla müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, fransalı futbolçunun hazırkı sözləşməsi 2028-ci ilin yayına qədərdir və onun illik maaşı mövsüm başına təxminən 6,5 milyon avro təşkil edir. İtaliya çempionu Türamla yaxın vaxtlarda yeni uzunmüddətli müqavilə imzalayacaq.
28 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 44 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu aprel ayının yekunlarına görə A Seriyasının ən yaxşı oyunçusu seçilib.
"İnter" bu mövsüm vaxtından əvvəl ölkə çempionu olub, İtaliya Kubokunun finalında "Latsio"nu 2:0 hesabı ilə məğlub edərək "qızıl dubl"a imza atıb.
saytlarin hazirlanmasi
