"Beşiktaş"ın hücumçusu ərəblərin hədəfində

13:42 - 15 May 2026

"Beşiktaş"ın hücumçusu Hyon-qyu O karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Şəbab" cənubi koreyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Ərəblərin O üçün yaxın vaxtlarda Türkiyə klubu ilə danışıqlara başlayacağı gözlənilir. İstanbul nəhəngi 25 yaşlı futbolçu üçün sərfəli təklif gəlsə, dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "Beşiktaş" Hyon-qyu Onu bu ilin fevralında "Genk"dən 14 milyon avroya transfer edib. Cənubi Koreya millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti