Kapitan 19 il sonra klubu tərk edir

14:50 - 15 May 2026

"Everton"un kapitanı Şeymus Koulman gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, irlandiyalı müdafiəçi mövsümün sonunda Premyer Liqa təmsilçisini tərk edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçunun yayda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq.

Qeyd edək ki, "Everton "Şeymus Koulmanı 2009-cu ilin yanvarında ölkəsinin "Sliqo Rovers" klubundan 70 min avroya transfer edib. Təcrübəli sağ cinah müdafiəçisi 19 il ərzində "mavilər"in heyətində meydana çıxdığı 433 rəsmi matçda 28 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti