"Mançester Yunayted"in zədəli müdafiəçisi Matteys de Liqt hələ bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sportal.az xəbər verir ki, niderlandlı futbolçu belində olan ağrılara görə bu gün əməliyyat olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin üzvü gələn ay başlayacaq dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Matteys de Liqt cari mövsümdə "Mançester Yunayted"in heyətində keçirdiyi 14 oyunda 1 qol vurub. 26 yaşlı mərkəz müdafiəçisi sonuncu dəfə 2025-ci ilin noyabrında meydana çıxıb.
saytlarin hazirlanmasi
