İraq dünya çempionu oldu
	 
	Ötən gün Bakıda təşkil olunmuş hərbiçilər arasında dünya çempionatına yekun vurulub. Sportal.az xəbər verir ki, son gündə iki həlledici oyun keçirilib.
	 
	Finala vəsiqə qazana bilməyən Azərbaycan millisi üçüncü yer uğrunda Kot d`İvuarla üz-üzə gəlib. Yığma komandamız bu oyunda da uduzaraq, üçüncü yerə adlaya bilməyib.
	 
	Turnirin ən böyüyü uğrunda isə İraq və Oman yığmaları mübarizə aparıb. Bu mərhələdə daha güclü olan iraqlılar dünya çempionu adını qazanıblar.
	 
	 
	Hərbçilər arasında dünya çempionatı
	14 iyul
	 
	Azərbaycan - Kot d`İvuar - 0:1
	Dalğa Arena.
	 
	İraq - Oman - 3:2
	Dalğa Arena.
                      
saytlarin hazirlanmasi