Təmsilçimizdən 3 cavabsız qol
	 
	Gürcüstanın Batumi şəhəri yaxınlığında təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb. 
	 
	Sportal.az xəbər verir ki, təmsilçimizin rəqibi “Mertsxali” klubu olub. 
	 
	Batumi mərkəzi şəhər stadionunda keçirilən qarşılaşmada “Sumqayıt” Gürcüstanın 1-ci dəstə təmsilçisini 3 cavabsız qolla məğlub edib.
	 
	 
	 
	Yoxlama oyunu
	17 iyul
	 
	 
	Mertsxali (Gürcüstan) – Sumqayıt (Azərbaycan) – 0:3
	Qollar: Ruslan Nəsirli, 12; 51, Vurğun Hüseynov, 47
                      
saytlarin hazirlanmasi