"Beşiktaş" gələn mövsüm matçlarını "Vodafone Arena"da keçirəcək
“Beşiktaş” yeni sponsoru “Vodafone” ilə rəsmi müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, şirkət 2014-15 mövsümündən etibarən 3+2 il ərzində klubun titul sponsoru olacaq. Bundan “qara qartallar” ümumilikdə 29 milyon avro qazanacaq. Bundan başqa, “Vodafone” ilə reklam haqları, stadionun adı və stadion texnologiyaları üçün 10+5 illik müqavilə imzlanıb. Bunun sayəsində isə klubun 116 milyon avro qazanacağı bildirilib.
Yeni müqaviləyə əsasən, “Beşiktaş” ev oyunlarını keçiridiyi “İsmət İnönü” stadionu bundan sonra “Vodafone Arena” olacaq.
saytlarin hazirlanmasi