Türkiyə yığmasında yenidən Fatih Terim dönəmi

15:01 - 22 Avqust 2013

Baş məşqçi "Qalatasaray"ı da çalışdıracaq
 
“Qalatarasay”ın baş məşqçisi Fatih Terim Türkiyə millisində işləməklə bağlı yekun qərarını verib.
 
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından aldığı təklifdən sonra “İmperator” bu gun klub prezidenti Ünal Aysalla görüşüb.
 
Bir saat yarım davam edən görüşdən sonra məlum olub ki, Terim gələn ilnin may ayına qədər həm “Qalatasaray”ı, həm də millini çalışdırmağa razılıq verib. May ayından sonra isə Türkiyə millisinə yeni baş məşqçi gətiriləcək.
 
Artıq Terimin qərarıyla bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən də məlumatlandırılıb.
 
"Qalatasaray"ın prezidenti Ünal Aysal görüşdən sonra jurnalistlərə bildirib ki, Terimə millini DÇ-2014-ün dörd matçına çıxarmaqla bağlı razılıq verib.

Xəbər xətti