Polşalı futbolçu "Trabzonspor"un tarixinə düşdü

09:13 - 27 Avqust 2013

Adrian klubunun 2000-ci qoluna imza atıb

 

 Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"un liqa tarixindəki 2000-ci qol vurulub. 

Sportal.az xəbər verir ki, bu tarixi qola Adrian Mierjevski imza atıb. Bu gün "Rizəspor"la keçirilən oyunun 2-ci dəqiqəsində fərqlənən polşalı futbolçu klubun tarixinə keçib. 

Bununlada qaradəniz təmsilçisi , 39-cu mövsümündə  oynadığı 1298-ci matçda 2000-ci qolunu vurmuş oldu. 

"Bordo-mavilər"in liqadakı ilk qolunu 1974-1975 sezonun 3-cü turunda  Ali Yavuz vurmuşdu, 1000-ci qoluna isə Kolman imza atmışdı.

Xəbər xətti