"Xəzər Lənkəran"ın yeni transferləri məşqdə FOTOLAR

11:36 - 29 Avqust 2013

Komanda Qəbələdə daha 4 gün qalaraq təlim məşq toplanışı keçirəcək

 

Premyer Liqanın V turunda “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” Lənkəranda son üç gün ərzində davam edən hazırlığını tamamlayıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər məşqini ehtiyat meydançada keçirən komanda 1 saat 20 dəqiqə ərzində fiziki və taktiki çalışmaları yerinə yetirdi. Yeni transferlər Deyvid Sakkoni və Edu Oriolun da iştirak etdiyi məşq prosesi yetərincə maraqlı alındı və futbolçuların istəkli olması, tapşırıqları düzgün yerinə yetirməsi məşqçilər korpusunu da razı saldı. Məşqin ardından “Xəzər Lənkəran” Qəbələ şəhərinə yola düşdü.

 

Xatırladaq ki, “Qəbələ” - “Xəzər Lənkəran” matçı avqustun 31-də keçiriləcək. Matçın ardından komanda Qəbələdə daha 4 gün qalaraq təlim məşq toplanışı keçirəcək. 

 

Xəbər xətti