"Xəzər Lənkəran"ın haqqı yenə yeyildi

14:10 - 29 Avqust 2013

Zəfər Öndər İpək: "Hakimin epizodu görməməyi gülüncdür"

 

Türkiyəli sabiq FİFA referisi Zəfər Öndər İpək Sportal.az üçün "Böyük oyun"da baş verən hakim qərarlarını təhlil edib:

 

1. Hakimin qərarı səhvdir. Amma foul cərimə meydanından kənarda baş verib. Ona görə də burda penalti vermək düzgün deyil.

2.Hakimin davam qərarı doğrudur. Top çox yaxın məsafədən futbolçunun qoluna dəyir. Futbolçu əl ilə oynamır.

3. Burda sarı vərəqə və cərimə zərbəsi qərarı doğrudur. Hakim haqlı qərar qəbul edib.

4. Burda ilk epizodda foul qərarı düzgün verilib. Amma fouldan sonra Araz Abdullayevin Sadio Tounkaraya elədiyi hərəkət bilərəkdən edilən hərəkətdir. Abdullayev rəqibinə xəsarət yetirmək fikrindədir. Çünki o əks istiqamətə gedir və qayıdıb rəqibinə zərər yetirir. Birbaşa qırmızı vərəqədir. Sarı vərəqə gülməli qərardır. Həmçinin epizod 4-cü hakimin gözünün qabağında baş verir. Başa düşmürəm ki, hakim nə üçün belə qərar verib. FİFA refersinin elə epizodu görməməyi gülüncdür. 

5. Burda futbolçunu özünü yerə atır. Hakim düzgün olaraq davam deyir.

Xəbər xətti