"Qalatasaray" çətin qrupa düşdü

22:23 - 29 Avqust 2013

ÇL-in püşkü atıldı

 

Qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında 2013/2014 mövsümünün qrup mərhələsinin püşkü atılıb. Sportal.az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə 32 klub 8 qrupa bölünüb.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray” çətin qrupa düşüb. Ölkəmizdə də kifayət qədər azarkeşi olan “Cim Bom” Madridin “Real”, Turinin “Yuventus” və Danimarkanın ən güclüsü olan “Kopenhagen”lə birgə B qrupunda yer alıb.


A qrupu
“Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Bayer” (Almaniya), “Real Sosyedad” (İspaniya)

B qrupu
“Real” (İspaniya), “Yuventus” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Kopenhagen” (Danimarka)

C qrupu
“Benfika” (Portuqaliya), PSJ (Fransa), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika)

D qrupu
“Bavariya” (Almaniya), MOİK (Rusiya), “Mançester Siti” (İngiltərə), “Viktoriya” (Çexiya)

E qrupu
“Çelsi” (İngiltərə), “Şalke” (Almaniya), “Bazel” (İsveçrə), "Styaua" (Rumıniya)

F qrupu
“Arsenal” (İngiltərə), “Marsel” (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya)

G qrupu
“Porto” (Portuqaliya), “Atletiko” (İspaniya), “Zenit” (Rusiya), “Austriya” (Avstriya)

H qrupu
“Barselona” (İspaniya), “Milan” (İtaliya), “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya)
 

Xəbər xətti