Daha bir türk klubu cəzalandımı?
UEFA "Fənərbaxça"nın ardından Türkiyənin daha bir klubunu avrokuboklardan kənarlaşdıra bilər.
Sportal.az xəbər verir ki, hazırda Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Beşiktaş" - "Tromse" matçının gedişi zamanı UEFA-dan İstanbul klubuna faks daxil olub.
Faksda "qara qartal" təmsilçisinin artıq bu gün keçiriləcək Avropa Liqasının püşkatma mərasiminə gəlməməsi vurğulanıb. Bu xəbəri alan "Beşiktaş"ın prezidenti Fikrət Orman matçın 10-cu dəqiqəsində stadionu tərk edib.
Qeyd edək ki, "Beşiktaş" klubunun da adı danışılmış oyunlarda hallandığından UEFA-nın bu komandanı bir illiyinə avrokuboklardan kənarlaşdıracağı gözlənilir. "Beşiktaş"ı bu turnirdə hansı komandanın əvəz edəcəyi isə hələlik məlum deyil.
saytlarin hazirlanmasi