Qadın hakimlərimiz Avropa çempionatının qrup oyunlarında
Azərbaycanlı qadın hakimləri beynəlxalq oyunlara təyinat alıb. Sportal.az xəbər verir ki, FİFA referisi Səbayel Qurbanova və FİFA referi köməkçisi Gülyana Güvəndiyeva UEFA-dan dəvət alıb.
Hakimlərimiz 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının VII qrupunun oyunlarını idarə edəcəklər. İtaliya, Polşa, Sloveniya və Albaniya yığmalarının mübarizə aparacağı bu qrupun oyunları sentyabrın 20-dən 27-dək Sloveniyada keçiriləcək.
saytlarin hazirlanmasi