Mai Arçs: "Xəzər Lənkəran" "Barsa"dır, "Neftçi" isə "Real"
"Mən Bakıda qala bilmirəm. Çünki Bakıda hava yoxdu, boğuluram (əli ilə boğazını tutur). Lənkəranda isə əla hava var. Və mən burada yaşamaqdan məmnunam”.
Bu sözlər Con Benjamin Toşakın xanımı Maiyə aiddir. Həyat yoldaşı ilə birgə Lənkəranda yaşayan Mai cənub klubunun uğurlar qazanacağına inanmaqla yanaşı, həm də narazı qaldığı məqamları futbol11.az və Sportal.az-a açıqlayıb.
Onun fikrincə hakimlər “Xəzər Lənkəran”ı sıxırlar: “Hakimlər “Neftçi”yə işləyirlər. Pul, pul, pul... “Xəzər Lənkəran” “Barsa”dır, “Neftçi” “Real”. İspan hakimlər də “Real”ın uğur qazanması üçün nə lazımdırsa, edirlər”..
Qeyd edək ki, xanım Mai “Xəzər Lənkəran” – “Neftçi” matçını tribunadan izləyib.
saytlarin hazirlanmasi