Təmsilçimiz Avropada qələbə qazandı

00:20 - 31 Avqust 2013

"Baku United" Albaniya çempionunu məğlub etdi
 
 
İngiltərə çempionu olan "Baku United" futzal klubu UEFA Futzal Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, B qrupunda mübarizə aparan "Baku United" Albaniya çempionu "Ali Demi" klubunu 4-1 hesabı ilə darmadağın edib.
 
Bakılılar hesabı oyunun 1-ci dəqiqəsində açsalar da, Albaniya çempionu artıq 4-cü dəqiqədə hesabı bərabərləşdirə bilmişdir. Bununla belə, 1-ci hissənin sonlarına yaxın "Baku United" hesabda yenidən irəli çıxıb. İkinci hissədə isə "Baku United" daha 2 qol vuraraq 4-1 hesabı ilə inamlı qələbə qazanıb. Xatırladaq ki, B qrupunun oyunları Polşanın Krakov şəhərində keçirilir.
 
Şənbə günü "Baku United" həlledici oyuna çıxacaq. Belə ki," bakılıların" rəqibi meydan sahibləri, Polşa çempionu "Visla" klubu olacaq. Polşalılar ilk oyunda "Ali Demi"yə 5-0 hesabı ilə qalib gəlmişlər. Beləliklə, "Visla" - "Baku United" oyununun qalibi B qrupundan UEFA Futzal Kubokunun növbəti mərhələsinə yüksələcəkdir.
 
Xatırladaq ki, “Baku United” klubu İngiltərədə fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb.

Xəbər xətti