"Qalatasaray" son 22 ilin rekordunu təzələdi

15:47 - 31 Avqust 2013

3 oyuna 3 qol
 
“Qalatasaray” son 22 ilin rekordunu təzələyib. 
 
Sportal.az xəbər verir ki, Fatih Terimin komandası Türkiyə çempionatının III turunda “Əskişəhərspor”la səfərdə 0:0-lıq heç-heçə oynayaraq buna nail olub. Belə ki, “Qalatasaray” bu mövsüm Superliqada oynadığı 3 oyunda yalnız 3 qol vurub. İlk turda “Qaziantepspor”u Uesli Sneyder və Burak Yılmazın qolları ilə 2:1 məğlub edən komanda ikinci həftə “Bursaspor”la oyundan Yılmazın tək qolu sayəsində meydandan heç-heçə ilə ayrılıb – 1:1. Beləcə “Qalatasaray” son 22 mövsümün ən az qol vurduğu ilk 3 həftəsini geridə qoyub. Komandanın ən son bu cür nəticəsi 1991-1992-ci illər mövsümündə qeydə alınıb. 

Xəbər xətti