Aqil Məmmədov: "Futbolçularımdan razı qaldım"
	 
	 
	"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov  Premyer LiqanınV turunun "Rəvan"la oyununu şərh edib.
	 
	Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
	 
	 
	“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Nəticə təbii ki, ürəkaçan deyil. Amma futbolçularımın çıxışından razı qaldım. Komandamın sadəcə bəxti gətirmədi. Bu qədər qol vəziyyəti yaradıb, onlardan yararlana bilmədik”.
	 
                      
saytlarin hazirlanmasi