Toşak gənc futbolçularla bağlı qərarını verdi

02:40 - 2 Sentyabr 2013

Daha iki futbolçu əvəzedici heyətə göndərildi
 
 
Xəbər verdiyimiz kimi Premyer Liqanın V turunda “Qəbələ” ilə səfər oyununda sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” komandası bu gün yenidən toplanacaq.
 
Sportal.az xəbər verir ki,komanda səhər saatlarında bir araya gələrək Qəbələdə keçirəcəyi təlim-məşq toplanıtısına start verəcək.
 
“Xəzər Lənkəran” bu gün saat 10:30-da Qəbələdə olan çox saylı meydançaların birində məşqə çıxacaq.
 
Əsas heyətdən əvəzediciyə göndərilən gənc futbolçuların təlim-məşq toplantısına qatılmaq üçün yenidən birinci komandaya qaytarılmaları gözlənilsə də Kazım Kazımlı və Elvin Mirzəyev haqqında qərar dəyişilib.
 
Baş məşqçi Con Toşak ehtiyac olduqda yenidən Kazım və Elvinə şans verəcəyini bildirib. Hazırda heyətdə olan gənclər futbolçular  qapıçı Tərlan Qasımzadə ilə yanaşı Kamran Abdullazadə və Elnur Cəfərovdur.
 
12cioyuncu.info

Xəbər xətti