“Ağ-yaşıllar” komitədən “Qarabağ”la matçın 60-cı dəqiqəsində müdafiəçiyə göstərilən sarı vərəqəyə etiraz etdiklərindən, bu epizoda yenidən baxılmasını xahiş etmişdilər. Matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi aşkar edilib. Bu səbəbdən Skarlatakeyə göstərilmiş sarı vərəqə ləğv olunub.
Qeyd edək ki, həmin görüşü idarə edən Rəhim Həsənov səhvlərinə görə qısa müddətə cəzalanmışdı.