Böyükhesablı qələbələrin sayı 3-ə çatdı
Premyer Liqanın 5-ci turu “Bakı” üçün əlamətdar olub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ardıcıl qazandığı böyükhesablı qələbələrin sayını 3-ə çatdırıb. 3-cü turda “Rəvan”ı 5:0, 4-cü turda “Simurq”u 3:0 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri bu dəfə “Neftçi”ni 3 cavabsız qolla məğlub etdi.
“Bakı” 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi həmin vaxt da ardıcıl 3 böyükhesablı qələbə əldə etmişdi. 2008-ci il noyabrın 22-də “Turan”ı 7:0, 29-da “Muğan”ı 4:0 məğlub edən “Bakı” 2009-cu il fevralın 15-də MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.
saytlarin hazirlanmasi