"Xəzər Lənkəran"da sevə-sevə işləyərəm" MÜSAHİBƏ

13:30 - 4 Sentyabr 2013

Mirça Rednik: "Ümid eləyirəm, bu uğursuzluq "zolağ"ından qısa zamanda çıxa bilərlər"

 

 

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin Sportal.az-a müsahibəsi:

 

 

- ÇFR "Kluj"-la müqavilənizi pozdunuz. Buna səbəb nə idi?
- Bir neçə səbəb var. Birincisi, rəhbərliklə münasibətim yaxşı deyildi, sonra o komandada istədiyim futbolu nümayiş etdirə bilmədim. Əgər mən bir komandaya xeyir verə bilmirəmsə, orada çalışmaram.
 
- Hal-hazırda hansısa klubla müqavilə imzalamısınız?
- Yox, Rusiyadan və Belçikadan bir neçə təklif gəlib ancaq hələ rəsmi müqavilə yoxdur.
 
- Sabiq komandanız "Xəzər Lənkəran"ın vəziyyətindən xəbəriniz var yəqinki?
- Əlbəttə, çox üzülürəm bu nəticəyə görə. Komanda yaxşı oynayır amma nəticə qazana bilmir
 
-Səncə, bu nəticədə Con Toşakı günahlandırmaq olar?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki bu mənim problem deyil. Kimsə haqqında danışmağım düzgün çıxmaz
 
- "Xəzər Lənkəran" klubunun rəhbərliyi ilə görüşünüz olub?
- Təxminən 1 ay əvvəl Tuyqun Nadirovla görüşmüşəm. Onu da sizin mətbuata açıqlamışdım. Son vaxtlar söhbətim olmayıb.
 
- Yenidən təklif gəlsə, burada işləməyə hazırsınızmı?
- Əlbəttə, Lənkəranda sevə-sevə işləyərəm. Çünki ora mənə doğma şəhərdir. Hələ də Lənkəran azarkeşlərini unuda bilmirəm. Qısa vaxtda onlarla görüşməyə gələcəm.
 
- Lənkəranda hal-hazırda əlaqə qurduğunuz insanlar var ?
- Bəli, orada çoxlu dostlarım var. Onlarla tez-tez əlaqə qururam.
 
- Sonda "Xəzər Lənkəran" klubuna nə deyə bilərsiniz?
- Bu haqda bir şey demək istəmirəm amma ümid eləyirəm bu uğursuzluq "zolağ"ından qısa zamanda çıxa bilərlər, Mən Lənkəranı çox sevirəm.

 

 

Yusif HÜSEYN

Xəbər xətti