Toşak: "Bakı"nı Lənkərandan əliboş yola salmalıyıq"

11:06 - 6 Sentyabr 2013

"Artıq geriyə yol yoxdur"
 
Premyer Liqada yaranan fasilə zamanı Qəbələdə təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” bu gün səhər məşqindən sonra sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, komanda bu gün saat 10:30-da “Qəbələ” klubunun futbol akademiyasına məxsus meydançada məşqə çıxıb. Bir saat davam edən fiziki hazırlıqdan sonra futbolçular daha 30-dəqiqə taktiki çalışmalarla məşğul olublar. Məşq bitəndən sonra baş məşqçi Con Toşak futbolçularla qısa söhbətində bunları deyib:
 
“Arxada qalan oyunlardan nəticə çıxarmaqla uğursuzluğu unutmaq və “Bakı” ilə matçda mütləq qələbə qazanmaq lazımdır. Kollektiv olaraq özümüzə inanmalıyıq. Bu istirahət günlərinin ardından sentyabrın 9-da Lənkəranda toplanıb instensiv hazırlığımızı davam etdirəcəyik. “Bakı” komandasını Lənkərandan əliboş yola salmalıyıq. Artıq geriyə yol yoxdur.”
 
Qeyd edək ki, məşqdən sonra “Xəzər Lənkəran” Qəbələni tərk edərək Bakıya yollanıb. Komanda qarşıdakı 3-gündə  istirahət edəcək.

Xəbər xətti