Məşqlərin gündə iki dəfə keçirilməyi planlaşdırılır
Dünən “Bakı” U-15 komandası Fransanın “Lans” klubunun təlim-məşq bazasında ilk məşqini keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqdən öncə komandanın oyunçularına “Lans”ın oyun forması hədiyyə olundu. Futbolçular da hədiyyə olunmuş formalarla məşqə çıxdı. Dünənki məşq “Lans" U-15 komandasının baş məşqçisi Herve Arsene rəhbərliyi altında keçirildi və əsasən texniki və taktiki təmrinlərə yönəlmişdir. Məşqlərin gündə iki dəfə keçirilməyi planlaşdırılır.
Qeyd edək ki, komandanın nümayəndələri sabah axşam yerli vaxtla saat 19:00-da “Lans” FK-nın Akademiyasında “Lans” və Belçika 1-ci liqasının “Mons” komandaları arasında təşkil olunan yoldaşlıq oyununu izləyəcək.
saytlarin hazirlanmasi