UEFA-dan şok tələb: "Fənərbaxça" aşağı liqaya göndərilsin"

16:14 - 6 Sentyabr 2013

İstanbul klubunu daha ağır günlər gözləyir
 
“Fənərbaxça” və “Beşiktaş”ı avrokuboklardan kənarda qoyan UEFA bununla kifayətlənmək istəmir.
 
Sportal.az xəbər verir ki, oyun alverinə görə cəzalandırılan hər iki klubla bağlı qitə futbol qurumunun Türkiyə Futbol Federasiyasına (TFF) göndərdiyi məktub hamını şoka salıb. Türkiyə mətbuatının məlumatına əsasən, məktubda TFF-dən xususilə “Fənərbaxça” ilə bağlı daha ağır tələblər istənilib. Belə ki, klubların yenidən məhkəmə qarşısına çıxarılması və "Fənərbaxça"nın aşağı liqaya salınması tələb olunub. Əgər TFF bu tələbi yerinə yetirməsə, UEFA daha ağır sanksiyalara əl atacaq. Yəni bu məsələyə FİFA da qarışacaq və Türkiyə millisi daxil olmaqla, türk klubları beynəlxalq yarışlardan kənarlaşdırılacaq.  

Xəbər xətti