"Hafiz Məmmədovun gəlişi komandaya dinamiklik verib"

22:47 - 6 Sentyabr 2013

Jerve Mertel: "Bakı"nın bir və ya iki futboçusunun burada qalmasını təmin edəcəyik"
 
 
"Lans" klubunun prezidenti Jerve Martel Fransada səfərdə olan "Bakı"nın U-15 komandasının son məşqini izləyib.
 
Sportal.az xəbər verir ki, məşqdən sonra açıqlama verən Martel "Bakı"nın bir-iki futbolçusunun "Lans"da oynaya biləcəyini deyib:
 
"Hafiz Məmmədov ölkəsinin futbolu üçün gözəl təlim-məşq bazası yaradıb. O, hətta "Atletiko" (Madrid) və "Porto" klublarıyla da razılığa gəlib. Biz bir və ya iki gənc azərbaycanlı futbolçunun burada qalmasını təmin edəcəyik. "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç də gənc futbolçuların "Lans"da oynamasına böyük üstünlük verir. Təbii ki, bu belə də olmalıdır.
Düşünürəm ki, bu lahiyə iki ay sonra öz bəhrəsini verəcək. Sadəcə, hər şeyin qaydasına düşməsi üçün bir qədər vaxt lazımdır. "Lans"ın çempionata yaxşı başlaması da məni sevindirir. Hafiz Məmmədovun gəlişi komandaya dinamiklik və ruh yüksəkliyi verib. Bu da bizim sakit işləməyimizə şərait yaradıb. H.Məmmədov komandanın nəticələrini yaxından izləyir".

Xəbər xətti