Pərdis Fərcad-Azad: "Zədəm tam sağalıb"
	 
	Premyer Liqanın növbəti turunda səfər meydanında "Simurq"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. 
	 
	Sportal.az xəbər verir ki, uzun fasilədən sonra komanda ilə məşqlərə başlayan Pərdis Fərcad-Azad zədəsini tam sağaldıb. Bu barədə futbolçunun özü klubun rəsmi saytına açıqlama verib: 
	 
	"Futbol üçün çox darıxmışam. Artıq zədəm tam sağalıb. Var-qüvvəmlə məşqlərdə hazırlaşıram. Son turda "Rəvan"la görüşdə təxminən 20 dəqiqə meydanda oldum . Düzdür, hələ tam hazır sayıla bilmərəm. Amma yaxın günlərdə əvvəlki formamı bərpa edib qollarımı vurmağa davam edəcəm. Məşqçilər korpusu məsləhət bilsə "Simurq"la görüşdə meydana çıxa bilərəm".
	 
	Qeyd edək ki, Pərdis 2012/2013 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 23 oyunda meydana çıxıb (1768 dəqiqə) və 9 qol vurub.  
                      
saytlarin hazirlanmasi