Arda və Gökhan Gönül sabahki oyunu buraxa bilər
Türkiyə milli komandası sabah dünya çempionatının seçmə turu çərçivəsində olduqca vacib oyuna çıxacaq.
Sportal.az xəbər verir ki, Türkiyə 2014 cü ildəki dünya çempionatında iştirak etmək şanslarını sona qədər qorumaq üçün sabah Rumınya millisni öz meydanında mütləq məğlub etməlidir. Ancaq bu komanda üçün heç də asan olmaya bilər. Çünki əsas heyət futbolçuları olan Arda Turan və Gökhan Gönül sabahkı oyunu buraxa bilərlər.
Belə ki, hər iki futbolçu xəstədir və yüksək hərarətləri var.
saytlarin hazirlanmasi