Komandanın məşqi yarımçıq dayandırıldı
Premyer Liqanın VI turunda “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün iki dəfə məşq edib.
Saat 10:00-da baş tutan səhər məşqə Covanni Melkiorenin müxtəlif fiziki çalışmaları ilə start verilib. Ardınca isə Con Toşak taktiki hazırlıqlarını keçib. Lənkəranda günorta saatlarında başlayan güclü yağış axşam məşqinin cəmi 50-dəqiqə davam etməsinə səbəb olub. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Rasim Ramaldanov saat 18:00-da başlayan və daha çox taktiki çalışmalardan ibarət olan axşam məşqinə qatılıbar. Onlardan fərqli olaraq U-19 millisinin heyətində olan Ağabala Ramazanov hələ geri dönməyib.
Digər bir məlumata görə, sabah əsas və əvəzedici heyətlər arasında keçirilməsi nəzərdə tutulan yoxlama oyunu baş tutmaya bilər.
12cioyuncu.info
saytlarin hazirlanmasi