Özbəkistan DÇ-2014-ə vəsiqə qazana bilmədi
Bu gün DÇ-2014-ə vəsiqə qazanmaq üçün Asiya qitəsində "play-off" qarşılaşmaları oynanılıb.
Sportal.az xəbər verir ki, "Neftçi"nin şərəfini qoruyan Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan İordaniyanı qəbul edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada qalib penaltilər seriyasında bilinib. Zərbələri daha sərrast yerinə yetirən qonaqlar 5:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Nasimov bu matçda start heyətdə olub və 82 dəqiqə komandası üçün tər töküb.
saytlarin hazirlanmasi