Gelaşvili komandasına kömək edə bilmədi
Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Finlandiya ilə üz-üzə gəlib.
Meydandan qonaqlar 1:0 hesablı qələbə ilə ayrılıblar
“Qarabağ”da top qovan Nikolas Gelaşvilidi start heyətdə meydana çıxsa da, ağdamlıların forvardı 57-ci dəqiqədə əvəzlənib.
İlk dəfə Gürcüstan yığmasına dəvət olunan “İnter”in forvardı Baçana Sxadadze isə Fransa ilə görüşdə olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.
saytlarin hazirlanmasi