Fatih Terim qələbənin sirrini verdi

02:40 - 11 Sentyabr 2013

"Biz yenə də iddialıyıq"
 
 
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edən Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyundan sonra fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbəyə baxmayaraq dünya çempionatının final mərhələsinə yüksəlmək şanslarının az olduğunu bildirib:
 
"Futbolçularımı təbrik edirəm. Burada iki amil var idi. Biri qələbə, digəri də özünəinam qazanmaq. Bu gün hər ikisini qazanmağı bacardıq. 10 gündür komanda ilə birgəyəm. Qarşıda oyunlarımız var. Qrupdan çıxmaq şansımız hələ də çox azdır. Çünki Rumıniya zəif rəqiblərlə qarşılaşacaq. Macarıstan isə növbəti oyunlarda xal itirməlidir. Ancaq biz yenə də iddialıyıq".
Qeyd edək ki, Türkiyə millisi seçmə mərhələdə növbəti matçını oktyabrın 11-də, səfərdə Estoniyaya qarşı keçirəcək. 

Xəbər xətti