Türkiyə millisində Burak Yılmaz imzası

13:12 - 11 Sentyabr 2013

"Qalatasaray"lı futbolçu rekord vurdu
 
Türkiyə yığmasının və “Qalatasaray”ın hücumçusu Burak Yılmaz adını millinin tarixinə yazdırıb.  
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu dünən Rumıniya ilə oyunda fərqlənərək millinin heyətində dalbadal 4 rəsmi qarşılaşmada qol vuran ilk futbolçu olub. Görüşün 22-ci dəqiqəsində komandasını hesabda irəli çıxaran Burak Yılmaz millidə keçirdiyi 29 matçda 11-ci qolunu vurub. Beləliklə Yılmaz DÇ-2014-ün seçmə oyunlarında vurduğu qolların sayını 4-ə yüksəldib və komanda yoldaşı Umut Buluta çatıb. 
 
Qeyd edək ki, Rumıniya - Türkiyə oyunu 0:2 hesabı ilə türklərin xeyrinə başa çatıb. 

Xəbər xətti