"Qalatasaray"ın düşünən beyni sıradan çıxdı

13:41 - 11 Sentyabr 2013

Səlçuk İnan ciddi zədə alıb
 
"Qalatasaray" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, "sarı-qırmızı"lıların üzvü Səlçuk İnan sıradan çıxıb. 28 yaşlı yarımmüdafiəçi dünən Türkiyənin Rumıniyanı 2:0 hesabı ilə məğlub etdiyi matçda zədələnib. İstanbula qayıtdıqdan sonra tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olduğu bildirilib.
 
İnanın Türkiyə Superliqasının növbəti turu çərçivəsində "Antalyaspor"la matçda forma geyinə bilməyəcəyi, Çempionlar Liqasında "Real Madrid"lə oyunda isə çıxış etmə şansının çox az olduğu bildirilib.

Xəbər xətti