Karlosun komandası məğlub oldu
Türkiyə Superliqasında V turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
Doğma meydanda "Kasımpaşa" ilə qarşılaşan "Sivasspor" meydanı məğlub tərk edib - 1:2. "Fənərbaxça" klubu evdə "Elazığspor"u 4:0 hesabı ilə məğlub edərək liderlər sırasında qərarlaşıb.
Qeyd edək ki, turun mərkəzi qarşılaşması bu axşam "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçiriləcək.
“Konyaspor” – “Gənclərbirliyi” - 1:0
Qol: Kılıçarslan, 45
“Sivaspor” – “Kasımpaşa” - 1:2
Qollar: Kosta,45 - Skarione, 19 , Viudez, 43.
“Eskişehirspor” – “Antalyaspor” - 2:1
Qollar: Xorqera, 10 , Kara,85 - Diarra, 59
“Fənərbaxça” - “Elazığspor” - 4:0
Qollar: Sou, 10,80,90, Kuyt, 21
saytlarin hazirlanmasi