Kriştianu Ronaldonun etdiyini o da təkrarladı FOTO

16:41 - 22 Sentyabr 2013

3 qol vurdu, topu evə apardı
 
“Fənərbaxça”nın “Elazığspor”la (4:0) oyununda 3 qol vuran Mussa Sou uğurlu çıxışını maraqlı üsulla qeyd edib.
 
Sportal.az xəbər verir ki, “sarı lacivərdli” forma ilə ilk dəfə het-trik edən seneqallı futbolçu matçın topunu xatirə olaraq evinə aparıb. O, topu komanda yoldaşlarına imzalatmağı da unutmayıb. Oyundan sonra danışan Sou bu görüşün onun üçün böyük əhəmiyyət kəsb etdiyini və bu səbəbdən topu xatirə olaraq kolleksiyasına əlavə edəcəyini deyib.
 
Qeyd edək ki, Kriştianu Ronaldo da “Qalatasaray”la (6:1) oyundan sanra matçın topunu xatirə olaraq evinə aparıb. Həmin görüşdə portuqaliyalı futbolçu da het-trik edib. 
 
 
 

Xəbər xətti