Ramin Musayev əmr etdi

12:35 - 19 Dekabr 2013

“Şahdağ” – MOİK oyunu Bakıda keçiriləcək
 
Qusar şəhər stadionunun ot örtüyünün hava şəraiti ilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmaması səbəbindən “Şahdağ” – MOİK oyunu Bakı şəhərində keçiriləcək.
 
Sportal.az xəbər verir ki, “Şahdağ” klubunun PFL-lə müraciətini və MOİK klubunun razılıq məktubunu nəzərə alaraq Ramin Musayev bu qərarları verirb:
 
1. Futbol üzrə Azərbaycan I Divizionun XV turunun “Şahdağ” – MOİK matçı 21 dekabr 2013-cü il tarixindən 22 dekabr 2013-cü il tarixinə dəyişdirilsin və matç “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda keçirilsin.
 
2. XV turda meydan sahibi kimi MOİK klubu, XXIII turda meydan sahibi kimi “Şahdağ” klubu qeydə alınsın.
 
 
 

Xəbər xətti