"Qalatasaray" yenə "Trabzonspor"un ən yaxşısını transfer edir

18:53 - 19 Dekabr 2013

Bu dəfə Olcan Adın "Cim-Bom"un siyahısında
 
“Qalatasaray” yanvarda edəcəyi yerli transferlə diqqət mərkəzinə düşmək istəyir. 
 
Sportal.az xəbər verir ki, xəbər verir ki, Aslanın bu dəfəki hədəfi də “Trabzonspor ” klubunda oynayan futbolçudur. Son vaxtlar olduqca baxımlı oyun nümayiş etdirən Olcan Adın “Cim Bom”un transfer siyahısına düşüb. Baş məşqçi Roberto Mançini “Trabzonspor”un ulduz futbolçusunu israrla komandasında görmək istəyir.
 
Qeyd edək ki, Olcan bu mövsüm Super Liqada 4, Avro Liqada 5 qol vura bilib və 10 məhsuldar ötürmə edib.

Xəbər xətti